Üzeyir Cəfərov prokurorluqda dindirildi

img

22-05-2014 [20:00]


Tanınmış hərbçi jurnalist Uzeyir Cəfərov bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin, xüsusilə mühüm işlər üzrə müstəntiqləri tərəfindən dindirilib.


Bu haqda ANS PRESS-ə məlumat verən Üzeyir Cəfərov bildirdi ki, dindirilmə 2 saat yarıma qədər davam etdi. İstintaqçılar ondan 2001-ci ildə Azərbaycandan Ermənistana gedən bir qrup nümayəndə heyətinin səfərinin təfərrüatları ilə bağlı məqamlara aydınlıq gətirməsini soruşublar.

Hərbçi jurnalist istintaqçıların onunla çox böyük nəzakətlə davrandıqlarını söylədi və qeyd etdi ki, ona həm də Rauf Mirqədirovla bağlı suallar ünvanlanmışdı.

Üzeyir Cəfərov: "İstintaq sirri olduğundan, hansı suallara cavab verdiyimi aça bilmərəm. Ancaq mənə məlum oldu ki, arada Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi barədə çox ciddi məqamlar var. Nə yaxşı ki, bu məsələlərin üstü vaxtında açılıb. Arada çox böyük məsələlər var. Bəlkə də bütün versiyalar yoxlanılıb, sənədlər və faktlar təmkinlə tutuşdurulduqdan sonra bütün bunlar Rauf Mirqədirovun xeyrinə olacaq. Mən istərdim ki, tezliklə bütün həqiqətlər üzə çıxsın”, - deyən jurnalist istintaqın çox peşəkar hüquq mühafizə orqanı əməkdaşları tərəfindən aparıldığını bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA