22-05-2014 [22:56]
"Mən səfir Morninqstarın mövqeyi ilə bağlı öz münasibətini açıqlayan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim insanların həqiqi vətəndaş mövqeyidir”.
Bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev "Azərtac” Dövlət Agentliyinə müsahibəsində deyib.
R. Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: "ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan fikirlər səsləndirməyə vadar edən motiv və səbəblərin nə olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir”.
R. Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var: "Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir”
PA rəhbəri vurğulayıb ki, Morninqstar, ABŞ səfiri kimi, olduğu ölkənin suverenliyinə hörmətlə yanaşmağa borcludur: " Yeri gəlmişkən, bu, bəzi Qərb dövlətlərin səfirlərinə də aiddir. Hansılar ki, Amerika səfirinin hərəkətlərinə uyğun olaraq hərəkət etməyə çalışırlar. Biz Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik”.
R. Mehdiyev xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan dövlətinə və xalqına saymazyana, hörmətsiz münasibətə dözmək niyyətində olmadığını dəfələrlə vurğulayıb: "Düşünürəm ki, amerikalı həmkarlarımız dövlətimizin rəhbərliyinin mövqeyi barədə məlumatlıdırlar. Əgər ABŞ səfiri heç nəyə məhəl qoymayaraq, Azərbaycanla bağlı bu cür kobud rəftara yol verirsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri var. Təəssüf ki, səfir Morninqstarın yolverilməz formada ölkənin daxili işlərinə qarışıb, diktə etmək səyləri ilk dəfə müşahidə olunmur. Bu, onun diplomat kimi peşəkarlığını böyük sual altına qoyur”.
R. Mehdiyev deyib ki, daha bir mühüm fakt səfirin Azərbaycanın qonşuları barədə səsləndirdiyi fikirlərlə bağlıdır: "Bu cür bəyanatlar açıq-aydın təxribatdır. Azərbaycan, üçüncü qüvvələrin arzularından asılı olmayaraq, qonşuları ilə mehriban qonşuluq siyasəti yürüdüb və həmişə də yürüdəcək. Dünyadakı hazırkı vəziyyət bizim addımlarımızın düzgün və səmərəli olduğunu bir daha sübut edir”.
PA rəhbəri səfirin müsahibəsinin tonunun qəbuledilməz olduğunu deyib: "Qeyd olunan müsahibənin kontekstinə əsaslanaraq deyə bilərəm ki, səfir həddini çox aşıb. O, özünü qışqıraraq Azərbaycanı idarə edən hansısa qubernator hesab edir”.
R. Mehdiyev vurğulayıb ki, ABŞ mütəxəssisləri də daxil olmaqla bir çox tanınmış ekspertlər Vaşinqtonun müasir xarici siyasətində böhran elementlərinin açıq-aydın müşahidə olunduğunu qeyd ediblər: "ABŞ dövlət katibi cənab Kerrinin bu sahədə konseptual dəyişikliklərin zəruriliyi barədə bəyanatı deyilənləri sübut edir”.
PA rəhbəri hesab edib ki, Morninqstar dünyadakı yeni siyasi tendensiyaları duya bilməyib: " Aydındır ki, səfir Mornonqstarın və onun fəaliyyətinə birbaşa rəhbərlik edənlərin dünyagörüşü keçmişdə ilişib qalıb və zamanla təzad təşkil edir. Çünki çoxqütblü dünya müstəmləkə təfəkküründən imtina etməyə çağırır”.
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açqı mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"