"Qalatasaray" "Tottenhem"in müdafiəçisini 9 milyona transfer edir

img

11-07-2023 [14:10]


"Qalatasaray" "Tottenhem"in müdafiəçisini 9 milyona transfer edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Qalatasaray" kolumbiyalı müdafiəçi  Davinson Sançesi transfer etmək üçün ingilis klubunun qapısını döyüb.

Məlumata görə İstanbul klubu onun satışı üçün İngiltərə komandasına 9 milyon avro təklif edib: "Bu təklifdən sonra “Tottenhem” futbolçunun gedişinə yaşıl işıq yandırıb. “Qalatasaray” hazırda Davinson Sançesin özüylə şərtlərlə bağlı anlaşmağa çalışır".

Məlumata görə,  27 yaşlı müdafiəçi ötən mövsüm “Tottenhem”in heyətində 27 oyuna çıxıb. Kolumbiyalı futbolçu bu matçlarda qol ata və ya məhsuldar ötürmə verə bilməyib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR