DİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu: "Daha əzmlə, daha səylə çalışacağam" (Yenilənib)

img

13-07-2023 [09:57]


İylun 11-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinə gətirilən Elşad Hacıyev bu barədə bu gün açıqlama verib.

Mia.az xəbər verir ki, o, bu barədə paylaşımında yazıb: "Əziz dostlar, mənə göstərilən etimadı doğrultmaq üçün daha əzmlə, daha səylə çalışacağam. Söz. Minlərlə təbrik oldu. Hər bir təbrik məsuliyyətli olmağa, göstərilən etimada çağırışdır, tələbdir, istiqamətdir. Bütün təbriklərə görə minnətdarlıq edirəm".

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Mia.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, dünən bu xidmətin rəisi Ehsan Zahidov təqaüdə göndərilib. 

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq