ABŞ-ın “Məhşər günü” təyyarəsi Vilnüsə eniş edib

img

11-07-2023 [11:34]


ABŞ-ın Boeing 747-E4B markalı “Məhşər günü” təyyarəsi NATO sammiti öncəsi Litvanın paytaxtı Vilnüs şəhərinə eniş edib.

Bu barədə "Flightradar24" xidmətinin məlumatında deyilir.

Bildirilir ki, təyyarə ötən gün Merilend ştatının Kemp-Sprinqs şəhərində yerləşən bazadan havaya qalxıb və bu gün səhər saatlarında Vilnüsə enib.

Qeyd edək ki, bu təyyarə nüvə müharibəsi baş verəcəyi təqdirdə Pentaqonun mobil ehtiyat komanda məntəqəsi kimi istifadə olunmaq üçün nəzərdə tutulub. “Məhşər günü” 7 gün, 24 saat fasiləsiz uçmaq imkanına malikdir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq