Jorge Jesus hücumçunu komandadan qovdu

img

11-07-2023 [09:04]


"Fənərbağça"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal"ın sükanı arxasına keçən portuqaliyalı məşqçi Jorge Jesus komandanın hücumçusunu Avstriyadakı hazırlıq bazasından qovub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təlimdə tapşırıqlara laqeyd yanaşan hücumçu Mussa Mareqanın hərəkəti Jesusu qəzəbləndirib.

Əsəblərini boğa bilməyən məşqçi 32 yaşlı hücumşunu nınbiki məşqdən, hətta bazadan qovub: "32 yaşlı futbolçu hazrlığı Səudiyyəyə dönərək, klubun bazasında tək davam etdirəcək...".

Məsələ ilə bağlı klub açıqlama yayaraq faktı təsdiq erdib.

Xatırladaq ki, Mareqa "Əl Hilal"ın heyətində ümumilikdə 75 oyun keçirib. 32 yaşlı futbolçu bu matçlarda 25 dəfə fərqlənib və 7 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR