"Qalatasaray"ın prezidenti: "Arda Gülər çətin bir kluba getdi..."

img

10-07-2023 [00:50]


"Qalatasaray"ın prezidenti Dursun Özbek "Real"a transfer olunan Arda Gülərlə bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dursun Özbek Arda Gülərə məsləhət verib. 

Özbək 18 yaşlı gənc ulduza ata məsələhətləri verdiyini deyib: "Bir böyük qardaş və ya ata kimi ona nəsihətim odur ki, buradakı displinli davranışnı orada da davam etdirsin. Çətin bir kluba getdi, əlbəttə, uğuru hamımızı qürurlandırdı. Ona uğurlar arzulayıram. inşallah üzümüzü ağardar”.

Dursun Özbək bildirib ki, Arda Gülər ​​çox sevdiyi əla oyunçudur: "Getdiyi klubda da uğur qazanacağına inanıram. Uğurları ilə hamımız fəxr edirik. Ona uğurlar arzulayıram".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR