Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-07-2023 [09:01]
Qoç - yaxşı və rahat gündür. Pozitiv emosiyaların sayı az olmayacaq. Lakin problemlər də yox deyil. Diqqətsiz davransanız, yanlış qərarınızın fəsadlarını görəcəksiniz. Alış-verişdə orijinal, ekstravaqant əşyalar alıb sonra həmin nəsnələrlə nə etməyi düşünməyin.
Fikrinə və mövqeyinə xüsusi önəm verdiyiniz insanla münaqişə yaratmayın. Həmsöhbətinizi düşünmədən hər sözü deməyin. Yaşlı qohumlarla münaqişələr istisna deyil.
Buğa - qəfil, gözlənilməz hadisələrlə dolu gündür. Yaşananlar sizi təlaşlandırmasın, narahat etməsin. Situasiyada dürüst yönü tezliklə aşkarlamağa çalışın. Bəzi hadisələr yaxınlarınızı çaş-baş qoya bilər. Yaxın ətrafınızdakı insanları sakitləşdirin, problemlərin həll yollarını göstərin.
Maliyyə məsələləri ilə qərar qəbul etmək, biznesə pul yatırmaq olar.
Dostluq, romantik və ya işgüzar olmasından bilaixtiyar yeni münasibətlərin qeyri-adi formata düşəcəyinə şübhə etməyin. Zərərli vərdişlərdən qurtulmaq olar. Bu, düşündüyünüz qədər çətin deyil.
Əkizlər - səbəbsiz gözləntilər və boş ümidlərə qapılmayın. Çox pul qazanacağınızı düşünüərək avantüraya qatılmayın. Riskli işlər yeni problemlər yarada bilər. Məqsədə çatmaq üçün aktiv çalışın, maneələri dəf etməyə çalışın. Vurnuxmayın, soyuqqanlı və təmkinli davranın.
Sevdiyiniz insanın məsləhətlərini dinləyin. Deyilən sözləri qulaqardına vurmayın. Yalnız özünüzü düşündüyünüzü göstərərək yaxın ətrafınızdakı insanları incik salmayın.
Xərçəng - birmənalı olmayan gündür. Günün ilk yarısında işlərdə ciddi problemlər yaranacaq. Uğursuzluqlar bir-birlərini əvəzləyəcək. Amma ruhdan düşməyin, bədbinliyə qapılmayın. Aktiv olun, müvəqqəti çətinliklər qarşısında geri çəkilməyin.
Tələsməyin, bir qədər gözləyin. Situasiyada köklü dəyişikliklər olacaq. Müsbət təmayüllərin təsir gücü artır.
Günün ikinci yarısı qısamüddətli səfər və ya səyahət üçün əlverişlidir. İşgüzar danışıqlar aparmaq olar. Yeni münasibətlər başlanacaq. Axşam saatlarını qohumlarla keçirin, onlarla ünsiyyətdə qayğıkeş və səmimi olun.
Şir - görüləsi işlər çoxdur. Adi günlərdən fərqli olaraq daha çox çalışmalı olacaqsınız. İşdə həmkarlar və rəhbərliklə münasibətləri rəvan saxlayın. Nüfuzlu və hadisələrə təsir imkanlarına malik hami tapa bilərsiniz. Birgə çalışdığınız insanlarla dil tapın. Yaxşı tanımadığınız insanlara inanmayın.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Xroniki ağrıların kəskinləşmə ehtimalı azdır. Enerjinizi yanlış məcraya yönəltməyin. Axşam saatlarında aktiv istirahəti seçin.
Qız - ehtiyatlı davransanız, gün itkilərsiz olacaq. Sükan arxasında çox vaxt keçirməyin. Mürəkkəb avadanlıq və alətlərlə çalışarkən sərvaxt olun. Sınanmış insanlarla tərəfdaşlıq daha məhsuldar ola bilər. Yeni tanışlıq ehtimalı azdır. Köhnə dostlar özlərini xatırladacaqlar. Günün ikinci yarısı bilik və bacarıqların artırılması, faydalı təcrübənin əxz edilməsi üçün əlverişli zamandır. Yeni maraqlarınız qarşınızda fərqli perspektivlər yaradacaq. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş istisna deyil.
Tərəzi - yeni layihəyə başlamaq, yarımçıq qalmış işi başa vurmaq üçün əlverişli zamandır. Məqsədə çatmaq üçün diqqəti cəlb edin, müttəfiq və ya tərəfdaşların sayını artırın. Sürətli, çevik davransanız, ən ambisioz planları reallaşdırmaq olar.
Günün ikinci yarısında intuisiyanız kəskin olmalıdır. Parlaq ideyalar, çoxdankı problemlərin orijinal həll zamanıdır. Yaxın ətrafınızdakı insanların gerçək niyyətlərindən xəbər tutmağa çalışın.
Əqrəb - günün ilk yarısı qarışıq zamandır. Problemlərin sayı artacaq. Bir sıra məsələlərin həllinə can atsanız da, çözümü ertələmək gərəkdir. Bütün bunlar əhvalınızı korlayacaq. İşgüzar danışıqlar uzanır. Əsəbiləşərək səhvlərə yol verməyin.
Yaxınlarınızın nöqsanlarını fəlakət kimi qəbul etməyin. Sizin də səhvləriniz və çatışmazlıqlarınız var. Daşınmaz əmlak almaq, köç, evi kirayəyə vermək və ya tam əksinə, kirayə ev aramaq üçün əlverişli zaman deyil.
Oxatan - təfərrüatlarını və ən başlıcası, necə yerinə yetirmək gərəkdiyini anlamadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. İlk əvvəl çətin olsa da, sonra proses maraqlı olacaq. Uğurlar da gecikməyəcək. İş bəxtdə, fatumda deyil.
Çətin situasiyada çaş-baş qalmayın.
Qohumlarla ünsiyyət, ailədəki fikir ayrılıqlarının nizamlanması üçün əlverişli zamandır. Bu günədək sizinlə dil tapmayan insanla münasibətləri normallaşdıra bilərsiniz.
Oğlaq - sakit olun, soyuqqanlı və təmkinli davranın. Günü istədiyiniz kimi keçirə bilərsiniz. Emosiyaların təsiri altına düşməyin. Narazılığınızı aşkar izhar etməyiniz səhv olardı. Belə davranışın çoxsaylı mənfi fəsadları ola bilər. İşgüzar danışıqlar uğurlu deyil. Ciddi güzəştlərə getməli olacaqsınız.
Maliyyə itkiləri istisna deyil. Səfərə və ya səyahətə yollanırsınızsa, bilin ki, yol çox vaxt aparacaq. Sənəd itkisi, nəqliyyat vasitəsində nasazlıq ola bilər. Yaxınlarınızla ünsiyyətdə diqqətli olun. Hamı üçün mühüm olan məsələni müzakirə etmək asan deyil. Ortaq məxrəcə gəlmək çətindir.
Dolça - çətin, yorucu, usandırıcı gündür. Ən sadə məsələlərin həlli adi günlərdən fərqli olaraq çox vaxt alacaq. Peşəkar fəaliyyət sahəsində və şəxsi münasibətlərdə çətinliklər yarana bilər. Rəğbət bəslədiyiniz insanlarla münasibətləri korlamayın. İşdə rəhbərliyin xoşuna gəlməyə, nüfuzlu şəxslə münasibətləri daha da aktivləşdirməyə can atmayın.
Kommersiya fəaliyyəti ilə məşğul olmaq məsləhət deyil. Anlaşma və sövdələşmələrdə maksimal dərəcədə diqqətli olun. Alış-verişdə əsla gərək olmayan nəsnəyə pul xərcləməyin.
Balıqlar - yolunuzda yaranan maneələr və sədləri dəf etmək asan deyil. Peşəkar fəaliyyət müstəvisində problemlər yaranacaq. Həmin çətinliklərin əksəriyyətini əvvəlcədən təxmin etmək mümkündür. İşdə rəhbərliklə dil tapmaq çətindir. Rəhbər qadındırsa, vəziyyət lap ağırdır.
Axşam saatlarında bir müddət tək qalın. İstirahət edin, qüvvələrinizi bərpa edin. Hətta ən yaxın insanlarla ünsiyyət belə, sizi usandıra bilər. Normal dincəlin.
Milli.Az
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"