Keçmiş hərbçinin mənzilini zəbt edən direktor: "Bəli, dövlət mənə başqa yerdən də ev verib, ancaq..." - QALMAQAL
07-07-2023 [10:55]
Keçmiş hərbçi, ordu veteranı Qasım İsayev mənzil hüququnun pozulması ilə bağlı “Qafqazinfo”ya müraciət edib.
Mia.az-ın məlumatınba görə, o bildirib ki, Bakı şəhər Binəqədi rayonu Mir Cəlal küçəsi ev 41, mənzil 47 ünvanındakı evi Şuşa sakini Rəhimova Lətafət İsa qızı və ailə üzvləri tərəfindən zəbt edilib.
Ordudakı xidmətlərinə görə ona verilmiş mənzilinə 30 ildən artıqdır daxil ola bilmədiyini deyən Q.İsayev Rəhimə Lətifova və ailəsinin geridə qalan illər ərzində bir neçə mənzilə sahib olduğunu, buna baxmayaraq onun evini qaytarmadıqlarını iddia edib:
“Uzun illərdir qardaş-bacı qapısında qalan, uşaqlarıma başqalarının evində toy edən bir şəxs kimi bu müraciətimi utana-utana sizə çatdırıram. 30 il əvvəl evimə köçmək istəyərkən qohum-qonşu evlərindən qurtulacam deyə sevinən zamanlar mənzilimdə məcburi köçkünün yaşadığını öyrəndim. Məcburi köçkün deyib illərlə gözlədim, dövlətimizin siyasi iradəsinə uyğun olaraq səbir etdim. Özüm, ailə üzvlərim başqalarının qapılarında qaldıq. Mənzilimi zəbt edənlərin varlı bir ailə olduğunu öyrənsəm də, Şuşa şəhərindən məcburi köçkün olan bir ana və oğula qarşı səsimi çıxarmamışam”.
Şikayətçi bildirib ki, uzun müddətdir Qazax rayonunda qardaşı oğlunun evində yaşayır. O, mənzilində yaşayan Rəhimə Lətifovanın tanınmış dirijor, Əməkdar artist Fuad İbrahimovun anası olduğunu deyib: “Rəhimova Lətafət İsa qızı öz adına heç bir mənzil almasa da, oğlunun adına Bakı şəhərində bir neçə mənzil var. Şəxsi mənzilləri olduğu halda da F. İbrahimov qızını mənim mənzilimə qeydiyyata saldırıb.
Bildirirəm ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 41, mənzil 47 ünvanlı mənzildə məskunlaşmış, mənim mülkiyyət hüququmu pozmuş və bu halı hələ də davam etdirən şəxsin mənzildən çıxarılması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.09.2002-ci il tarixli qətnaməsi var. Binəqədi İcra Şöbəsi isə vətəndaş Lətafət İsa qızı Rəhimovanın mübahisə predmeti olan mənzildən çıxarılmasını təmin etmir”.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş direktoru, Əməkdar artist Fuad İbrahimov “Qafqazinfo”ya açıqlamasında 1992-ci ildə məcburi köçkün düşdükdən sonra məcburiyyət qarşısında həmin mənzildə məskunlaşdıqlarını bildirib:
“Şuşanı tərk edəndən sonra bir müddət Ağdamda qaldıq, daha sonra Şıxda sanatoriyada 9 kvadrata yaxın yerdə məskunlaşdıq. Bundan sonra “Jek” bizə boş ev kimi 9-cu mikrorayon Mir Cəlal küçəsindəki bu evi təklif etdi və oraya köçdük. Əgər bizim Qasım İsayevə məxsus evi zəbt etmək fikrimiz olsaydı, bu 30 il ərzində o evə hər hansı yolla yiyə durmaq olardı. Biz bunu istəmirik, Şuşadakı öz ev-eşiyimizə qayıtmaq istəyirik. Anam o günü səbirsizliklə gözləyir. 1993-cü ildə ümummilli lider Heydər Əliyev məcburi köçkünlərin məskunlaşdıqları evlərdə yaşaması və həmin evlərə order verilməməsi ilə bağlı qərar vermişdi. Ondan sonra Qasım İsayev saxta yollarla həmin evə order aldı və bizi məhkəməyə verdi”.
Fuad İbrahimov bir müddət əvvəl Azərbaycanın Birinci xanımı, Birinci Vitse-prezident Mehriban Əliyevanın ona mənzil hədiyyə etdiyini deyib: “Mənim deyildiyi kimi böyük imkanlarım yoxdur, biznes fəaliyyəti ilə məşğul olmuram, musiqiçiyəm və dövlət xidmətlərimə görə mənə ev verib. Ondan başqa hər hansı evim də yoxdur. Amma bu o demək deyil ki, anam müvəqqəti məskunlaşdığı həmin evdən çıxmalıdır. Biz evimizi qoyub başqa evi zəbt etməmişik, elə bir məsələ olsaydı, mən tərbiyəli bir vətəndaş kimi özüm ondan imtina edərdim”.
Əməkdar artist əvvəllər ailənin bütün üzvlərinin Mir Cəlal küçəsindəki evdə qeydiyyatda olduğunu, daha sonra özünün və həyat yoldaşının qeydiyyatdan çıxaraq yeni hədiyyə edilmiş evə qeydiyyata düşdüklərini deyib: “Lakin işlərimin çoxluğu ilə əlaqədar 2017-ci il təvəllüdlü qızımı anamın yaşadığı evdən qeydiyyatdan çıxarıb yeni evə qeydiyyata saldıra bilməmişəm. Burada başqa bir məqsəd yoxdur. Bir daha qeyd edim ki, Qasım müəllimin evində gözümüz yoxdur. Böyük məmnuniyyətlə o evi ona qaytaracağıq. O ev bizə lazım olsaydı 30 il ərzində hansısa yolla bu məsələni həll edərdik. Eləməmişik, eləmərik də. Çünki o ev həmin insanın evidir, halal xoşu olsun. Sadəcə anam səbirsizliklə gözləyir ki, Şuşaya qayıtsın. Mən anama deyə bilmərəm, bütün ömrün boyu o evdən didərgin düşmüsən, bu evdən didərgin düşmüsən, indi də bu biri evdən didərgin düş. Həyatdır, qismət belə gətirib, hər evlə birgə böyük bir həyat məhv olub, itib”.
MİA.AZ
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"