Erməni hakim beynəlxalq yarışdakı hərəkətinə görə cəzalandırıldı - Türkiyənin himninə hörmətsizlik cavabsız qalmadı (FOTO)

img

07-07-2023 [00:05]


Moldovanın paytaxtı Kişinyovda keçirilən 15 yaşadək idmançılaran ibarət ağır atletika üzrə Avropa çempionatında Türkiyənin Dövlət himni oxunarkən hakimlərlə eyni sırada ayaq üstə dayanmayan, üstəlik, aşağı çömbələrək telefonu ilə oynayan erməni hakim Nazik Avdalyan cəzalandırılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Avdalyan beynəlxalq yarışdakı ikrah doğuran hərəkətinə görə əsas hakim statusundan məhruum olunub.

O, bundan sonra yalnız ehtiyat hakim kimi yarışlara qatıla biləcək.

Xatırladaq ki, həmin yarışda Türkiyənin iki idmançısı qızıl medal qazanıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR