"İnter" "Fənərbağça"nın qapısını döydü - Ferdi Kadıoğluna görə

img

06-07-2023 [15:50]


Arda Gülərin "Real Madrid"ə transferindən sonra Ferdi Kadıoğlunun da "Fənərbağça"dan gedişi gündəmə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün İtaliyanın "İnter" komandası "Fənərbağça"nın qapısını döyüb.

Məlumata görə, futbolçu ilə maraqlanan “Ayaks”, “Nyukasl” və “Napoli”dən fərqli olaraq, Hakan Çalhanoğlunun da formanı geyindiyi “İnter” artıq klubla danışıqlara başlayıb.

Qeyd edək ki, Ferdi Kadıoğlu örən mövsüm "Fənərbağça"nın heyətində 48 rəsmi oyuna çıxıb. O, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR