Kamran Ağayev direktor təyin edildi

img

06-07-2023 [13:57]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Data idarəolunması departamentinə direktor təyinatı olub.

Mia.az xəbər verir ki, bu vəzifə Kamran Ağayev gətirilib.

O, Agentliklə yanaşı, “Azercell Telecom” MMC-də Data idarəolunması şöbəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR