Sabahın hava proqnozu açıqlandı

img

06-07-2023 [12:57]


İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR