"Real Madrid"in planı: türk oyunçu müqavilədən dərhal sonra bu komandaya icarəyə veriləcək

img

06-07-2023 [10:00]


"Fənərbağça"lı Arda Gülərlə anlaşan "Real Madrid"in planı bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Real Madrid" gənc oyunçunu təcrübə qazanması üçün müqavilədən dərhal sonra Xabi Alonsonun baş məşqçi olduğu Almaniyanın "Bayer" komandasına icarəyə verəcək.

Məlumata görə, bu barədə qərarı "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti verib.

Qeyd olunur ki, Ardanı əvvəlcə komandanın sağ cinahda oynatmağı düşünən təcrübəli məşqçi daha sonra onun daha güclü yertişməsi üçün icarəyə veriilməsini məsləhət bilib.

Xatırladaq ki, "Real Madrid" Arda Gülərlə iyulun 7-də müqavilə imzalayacaq.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR