Servet Çetin yunan oyunçunu komandasına gətirir

img

06-07-2023 [00:22]


"Fənərbağça"nın icarə əsasları ilə Acun Ilıcalının sahibi olduğu "Hall Siti"də oynayan oyunçusu Dimitris Pelkas yenidən Türkiyəyə dönə bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dimitris Pelkasın "Fənərbağça" ilə müqaviləsi başa çatıb və bu dəfə onunla Servet Çetinin baş məşqçi olduğu "Sivasspor" danışıqlar aparır.

Məlumata görə, danışıqlar müsbət atmosferdə davam edir: "Tərəflərin yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir".

Xatırladaq ki, Pelkas ötən mövsüm “Hall Siti”də 26 oyuna çıxıb. Yunan oyunçu burada 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR