Agentliyin əməkdaşları qəzaya düşdü - 4 nəfər yaralandı

img

05-07-2023 [15:45]


Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yol qəzasına düşüb.

Mia.az ANAMA-ya istinadla xəbər verir ki, hadisə iyulun 5-də Füzuli rayonun Kurdmahmudlu kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb: "Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR