Roma Papasından Quranın yandırılmasına sərt reaksiya: "Bu, məni qəzəbləndirir, əlbəttə..."

img

04-07-2023 [12:44]


Roma Papası Fransisk İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasından qəzəblənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan "Əl-İttihad" qəzetinə müsahibə verən Papa Fransisk İsveçdə Qurana qarşı hərəkəti təxribat adlandırıb: "Əlbəttə, bu hərəkət qəbuledilməzdir. Bu, məni qəzəbləndirir, əlbəttə. Hər kəs müqəddəs sayılan hər bir kitaba hörmət edilməlidir".

Papa Papa Fransisk deyib ki, ifadə azadlığından başqalarını alçaltmaq üçün istifadə edilə bilməz: "Buna icazə vermək qəbuledilməzdir; bu, qınanılan bir hərəkətdir. Bu gün bizim sülhpərvərlərə ehtiyacımız var. Bizə qarşıdurmanı qızışdıranlar deyil, dinc insanlar lazımdır...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA