Avropaya getmək arzusunda idi, ancaq superliqanın yeni komandasından başqa onu istəyən yoxdur

img

04-07-2023 [11:21]


"Beşiktaş"ın Avropa komandalarında oynamaq arzusunu addımbaşı dilə gətirən qapıçsı Ersin Destanoğlu ehtiyat heyətdə qalmasından bezdiyini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandadan getmək istədiyini deyib.

Məlumata görə, Şenol Günəş də onun gedişinə müsbət yanaşıb: "Ancaq Ersin Destanoğluna Avroanın hətta aşağı liqalarından da təklif gəlməyib. Ona yalnız bir klub elçi düşüb. O da bu il superliqaya yüksələn "Pendikspor"dur".

"Fanatik" qəzeti yazır ki, "Pendikspor" 22 yaşlı Ersin Destanoğlu üçün "Beşiktaş"ın qapısını döyüb: "Tərəflər arasında danışıqlar davam edir".

Xatırladaq ki, Ersin Destanoğlunun "Beşiktaş"la müqaviləsi 2026-cı ilə qədərdir. Türkiyə millisində də oynayan qapıçı üçün "Beşiktaş" 5 milyon avro bazar qiyməti qoyub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR