Türkiyə millisinin müdafiəçisi "Atletiko Madrid"lə 4 illik müqavilə bağlayacaq

img

04-07-2023 [09:44]


Türkiyə milli komandasınn müdafiəçisi Çağlar Söyüncü "Atletiko Madrid"lə müqavilə imzalayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Lester Siti" ilə yollarını ayıran Çağlar Söyüncü "Atletiko Madrid"ə transferini yekunlaşdırmaq üçün bu gün İspaniyaya yollanıb. 

Məlumata görə, millinin futbolçusu ilə sabah klubla 4 illik müqavilə imzalanacaq.

Xatırladaq ki, beş mövsüm oynadığı “Lester Siti” ilə vidalaşan Çağlar Söyüncü İngiltərə komandası ilə ümumilikdə 132 matça çıxıb. Təcrübəli müdafiəçi bu görüşlərdə komandasına 4 qola töhfə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR