"Beşiktaş"ın fabrikdə fəhlə işləyən oyunçu ilə anlaşdı

img

03-07-2023 [00:29]


"Beşiktaş"ın "Somaspor"dan 5 milyon lirəyə aldığı Emrecan Bulutla bağlı maraqlı faktlar açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, transferdən sonra yayıln məlumata görə, Emrecan Bulut pandemiya dövründə futbolla vidalaşıb.

O, bundan sonra qısa zamanda çəkisini artıraraq 90 kiloya çatıb. 

Türkiyə mətbuatı yazır ki, 20 yaşlı futbolçunun həyat hekayəsini öyrənənlər "Halal olsun" deyir.

Belə ki, Emrecan futbolla vidalaşandasn sonra bir fabrikdə fəhləliyə başlayıb: "Onu yenidən futbola baş məşqçi Ferdi Öztürk qaytarıb. Fərdi ona deyib ki, yeni komandanən sükanı arxasına keçir: "Gəl, sən orada xarüqələr yaradacaqsan". Məhz bu dəvətdən sonra 20 yaşlı futbolçu aktiv futbol həyatına dönərək, "Beşiktaş"a transfer olunacaq səviyyəyə yetişib"

Xatırladaq ki, Emrecan  2-ci liqa komandası "Somaspor"da 34 oyunda 16 qol vurub, 1 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR