Parisin ən məşhur küçəsindən yerli əhali və turistlər qovuldu

img

02-07-2023 [10:27]


İyunun 27-də 17 yaşlı yeniyetmənin polis tərəfindən gülllənməsi Fransanı yanğın yerinə çevirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün hüquq-mühafizə orqanları Parisin ən gur küçəsi olan Yelisey meydanından hamını, o cümlədən turistləri çıxarıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, hüquq-mühafizə orqanları turistlər də daxil olmaqla, hamını Yelisey küçəsindən qovub. Polis hətta yavaş hərəkət edənlərə zor tətbiq edib.

Məlumata görə, Fransa polisi 5 gündür davam edən etirazlar zamanı başda Paris olmaqla, bir çox şəhərdə baş verən talan və talanlara görə təhlükəsizlik tədbirlərini artırıb. 

Bildirilib ki, bundan əlavə, talan və qarətin qarşısını almaq üçün küçədəki dəbdəbəli mağazaların qarşısına polis maşınları yerləşdirilib. 

Lamiyə ƏHMƏDLİ

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq