"Trabzonspor" 30 yaşlı xorvat oyunçuya nə qədər maaş ödəyəcək? - Açıqlama

img

03-07-2023 [10:02]


Transfer dövrünə sürətlə başlayan "Trabzonspor" xorvatiyalı futbolçu Mislav Orsiçi heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Trabzonspor" Dimitrios Kurbelis və Xoakin Fernandesdən sonra xorvatiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalayıb.

Məlumata görə, anlaşmaya əsasən, Mislav Orsiçə 2023-2024 futbol mövsümü üçün 1.600.000 avro, 2024-2025-ci il üçün avro zəmanət haqqı ödəniləcək. Bundan əlavə, əgər futbolçu 2023-2024 və 2024-2025-ci il futbol mövsümlərində ümumilikdə 40 oyunda iştirak edərsə, müqavilə daha bir il müddətinə uzadılacaq və bu dəfə 1.8 milyon avro ödəniləcək. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR