Fransa vətəndaş müharibəsinə sürüklənir - Prezidentliyə sabiq namizədin tərəfdarları dəyənəklərlə aksiyaçılara hücum edir (FOTO)

img

01-07-2023 [16:03]


Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsi ilə başlayan dağıdıcı aksiyalar ölkəni vətəndaş müharibəsinə sürükləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iyunun 27-də başlayan etirazlar artıq 10 şəhərə sıçrayıb.

Nəticə etibarı ilə 10 şəhərdə gecə komendant saatı tətbiq edilib, avtobus və tramvay səfərləri ləğv edilib. Bununla bərabər, etirazları yatırmaq üçün zirehli texnikalar şəhərə yeridilib.

Bu arada isə toqquşmaların hər saniyə yüksəldiyi ölkədə daha bir diqqətçəkən hadisə baş verib. Fransanın ifrat sağçı siyasətçilərindən olan Prezidentliyə sabiq namizəd Marin Le Penin tərəfdarları küçəyə çıxaraq etirazçılara dəyənəklərlə hücumlar etməyə başlayıblar.

Məlumaat görə, ortaya çıxan görüntülər ölkənin vətəndaş müharibəsinin astasında olduğu qənaətini gücləndirib.

Zülfiyyə

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq