"Qalatasaray" PSJ-nin yarımmüdafiəçisi ilə anlaşma əldə edib

img

30-06-2023 [23:56]


"Qalatasaray" Fransanın məşhur komandası PSJ-nin yarımmüdafiəçisi ilə anlaşma əldə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi yayımçısı olan DAZN açıqlama yayıb.

Bildirilib ki, İstanbul klubu Leandro Paredeslə anlaşıb: "Klub bu transfer üçün PSJ-yə 3,8 milyon avro ödəyəcək".

Məlumatda o da deyilir ki, 29 yaşlı argentinalı futbolçunun transferində həmyerlisi İkardinin təsiri böyük olub: "O, tez-tez İkardi ilə "Qalatasaray"la bağlı müzakirələr aparıb. Və bu da transferində əsas amil olub".

Məlumata görə, tərəflər yaxın günlərdə anlaşmanı rəsmiləşdirəcəklər.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR