"Abır-həya bir o qədər də önəmli deyil" - Aygünün qızı

img

21-05-2014 [18:04]


Aygün Kazımovanın qızı İlqarə səhnəyə gəlişi və imicindən danışıb.

show.az gənc ifaçının "Gündəlik” verilişindəki açıqlamalarından yazıb.

Geyimlərini bəzən anasının məsləhəti ilə geyindiyini söyləyən İlqarə, səhnədə abır-həyanın elə də böyük rol oynamadığını bildirib.

"Elə məqamlar olur ki, anamla məsləhətləşirəm. Mənim geyim üslubum ayrıdır, onunku ayrı”, - o deyib.

Aygün Kazımova da qızının geyimindən danışıb. "İlqarə mənim kimi geyinmir. Onun üslubu tamam başqadır. Hətta o, mənim kimi aksessuar aşiqi də deyil. Əgər belə olsaydı, indi mən müflis olmuşdum”.

Aparıcı Mətanət Əliverdiyevanın "sən bir az qapalı geyinirsən. Abır-həyalı geyinməyə çalışırsan?” sualına gənc müğənni belə cavab verib: 
"Səhnədə abır-həya bir o qədər də önəmli deyil. Səhnədə hər şey etmək mümkündür. Bu səhnədir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA