Di Maria "Qalatasaray"a "yox" dedi

img

25-06-2023 [00:15]


İtaliyanın "Yuventus" komandası ilə yollarını ayıran vəı "Qalatasaray" transfer olunacağı iddia olunan argentinalı Anxel Di Marianın yeni komandası məlum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, argentinalı futbolçu "Qalatasaray"ın təkliflərinə "yox" deyib.

Məlumata görə, 35 yaşlı futbolçunun Portuqaliyanın "Benfika" komandası ilə anlaşıb: "Tərəflər yaxın günlərdə rəsmi müqaviləni imzalayacaqlar".

Xatırladaq ki, "Yuventus" komandası ilə 40 matça çıxan argentinalı sözügedən matçlarda 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR