Çeçen döyüşçüləri “Vaqner”ə qarşı döyüşə yollandı

img

24-06-2023 [13:47]


Çeçen döyüşçüləri və Çeçenistandakı rus döyüşçüləri Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında gərginlik davam edən əraziyə yollanıblar.

Bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov deyib(Report).

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA