Caner Erkin sürpriz komanda ilə müqavilə bağladı

img

24-06-2023 [10:20]


"Başakşehir"dən ayrılan Türkiyə milli komandaısnın üzvü Caner Erkin sürpriz komanda ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Caner Erkin bundan sonra birinci liqada çıxış edən və Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor"un uğuru üçün  tər tökəcək.

Məsələ ilə bağlı açıqlama verən "Eyüpspor" klubunun prezidentinin Köməkçisi Fatih Kulaksız Caner Erkinlə müqavilə imzaladıqlarını deyib: "Caner Erkinin meneceri və onunla görüşdük. Rəsmi müqaviləni imzaladıq".

Xatırladaq ki, futbolçu həyatına “Manisaspor”da başlayan Caner Erkin “Qalatasaray”, “ÇSKA Moskva”, “Fənərbaxça”, “İnter”, “Beşiktaş”, “Fatih Karagümrük” və “Başakşəhər”in formasını geyinib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR