"Milan" klubu "Fənərbağça"ya məktub göndərib

img

24-06-2023 [09:10]


İtaliyanın "Milan" klubu "Fənərbağça"ya məktub göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məktubda "Fənərbağça" rəhbərliyindən 18 yaşlı Arda Gülərlə birbaşa danışıqlar aparmaq üçün icazə istənilib.

Məlumata görə, Arda Gülərlə "Barselona", "Real Madrid", "Ayaks", "Benfika" və "Nyukasl" kimi komandaların da maraqlanması "Milan"ı tələsdirib.

Xatırladaq ki, ötən mövsüm İstanbul klubunda 35 matça çıxan Arda Gülər cəmi 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR