İçərişəhərdə muğam marafonu keçiriləcək

img

23-06-2023 [22:48]


İçərişəhərdə iyunun 24 və 25-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyası və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə muğam marafonu baş tutacaq.

MİA.AZ xəbər verir ki, Şirvanşahlar Sarayında muğam festivalının son günündə 24 saat ərzində bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu olacaq. Fasilələr zamanı elektron musiqi prodüserlərinin canlı ifaları yayıma qoşulacaq.

Muğamların canlı ifası eyni zamanda internet vasitəsilə də canlı yayımlanacaq.

Marafon iyunun 24-də saat 12:00-da başlayacaq. Giriş sərbəstdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR