Şahin Diniyevin oğlu Türkiyə klubuna transfer olunur 

img

23-06-2023 [20:08]


"Səbail" bir neçə gün öncə "Zirə"dən transfer etdiyi Coşqun Diniyevlə yollarını ayırıb.

Klubdan Mia.az-a verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi Türkiyənin "Ümraniyespor" komandasına keçir.

Diniyevin "Səbail"lə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə "dənizçilər"dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb.

Qeyd edək ki, "Ümraniyespor" ötən mövsümün sonunda I Liqaya düşüb.

Onu da qeyd edək ki, Coşqun Diniyev "Səbail"in baş məşqçisi Şahin Diniyevin oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR