Əvəz Zeynallı əməliyyat olunacaq: "...Elçin Sadıqovun verdiyi ifadələr tamamilə ziddiyətlidir" - Məhkəmə prosesi
23-06-2023 [18:07]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.
Mia.az Lent.az-a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı ifadə verib. Məlum olub ki, Əvəz Zeynallı istintaqa ifadə verməyib.
“Məni bilən bilir, tanıyan tanıyır. Amma mən sizin istədiyin istiqamətdə ifadə verə bilmərəm. Necədirsə, elə də danışacam” - deyə Əvəz Zeynallı bildirib.
Əvəz Zeynallı ittiham olduğu epizodlar üzrə danışıb: “Mən əvvəllər də bu maddələrlə ittiham olunmuşam. Heç olmasa, o zaman mənim üzümə duranlar tanıdıqlarım idi. İndi tanımadığım insanlar üzümə durur. İttiham olunduğum 1-ci epizod Rasim Məmmədovla bağlıdı. Bununla bağlı, mənim keçmiş vəkilim Elçin Sadıqovun verdiyi ifadələr tamamilə ziddiyətlidir.
Elçin həm mənim, həm də Rasim Məmmədovun vəkili idi. O zaman Rasim Məmmədovu efirdə çox tənqid edirdim. Elçin Sadıqov məndən bu tənqidlərimi azaltmağımı xahiş etmişdi. Amma bu məsələ mənə görə çox ciddi olduğu üçün yenə tənqidlərə davam etdim. Rasim Məmmədovun ailəsindən 20 min tələb etdiyimi deyirlər. Yalandır. Mən heç onun ailəsini tanımıram.
Digər epizod isə Elnur Şükürovla bağlıdır. O, mənim dostumdur. Mənə qarşı yalan ifadə verməsi üçün onu məcbur ediblər. İfadə verməyib deyə də onu tutublar”.
Əvəz Zeynallının vəkili vəsatət qaldıraraq əl qoyulan əşyaların geri qaytarılmasını istəyib: “Hard disk, “Sony” markalı diktafon və 2 noutbuk geri verilməyib. Bununla yanaşı, bank kartları da geri qaytarılmayıb. Xahiş edirəm, onların geri qaytarılmasını təmin edəsiniz”.
Prokuror vəsatətin təmin olunmamasını tələb edib.
Hakim isə dindirilmə mərhələsi olduğu üçün vəsatəti təmin etməyib.
Vəkilin digər vəsatəti isə Əvəz Zeynallının gözünün əməliyyat olunması ilə bağlıdır.
Hakim Əvəz Zeynallının əməliyyat olunması ilə bağlı vəsatəti qismən təmin edib.
Məhkəmə iclası iyulun 7-ə təxirə salınıb.
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
MİA.AZ
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı