Superliqanın sürpriz komandası dünya ulduzu ilə danışıqlar aparır

img

23-06-2023 [15:43]


Spor Toto 1-ci Liqanın pley-off finalında "Bodrumspor"u məğlub edərək Super Liqaya yüksələn "Pendikspor" sensasiyalı transferə imza atmağa çalışır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, superliqanın sürpriz komandası olan İstanbulun “Pendikspor” klubu Teo Uolkottla "qarmaq atıb".

Məlumata görə, "Sauthempton"la müqaviləsi başa çatan 34 yaşlı futbolçu ilə danışıqlar müsbət istiqamətdə davam edir.

Xatırladaq ki, 11 il "Arsenal"da çıxış edən Uolkott 2017-2018 mövsümündə "Everton"a keçib. 

İngilis futbolçu daha sonra buradan "Sauthempton"a yollanıb. Uolkott ötən mövsüm "Sauthempton"da 24 rəsmi oyuna çıxıb və 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR