Zaniola "Yuventus"a keçir? - "Qalatasaray"a sürpriz təklif gəldi

img

23-06-2023 [12:28]


İtaliyanın "Yuventus" komandası "Qalatasaray"ın ulduzu Zaniolanın transferində israr edir.

Mia.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" qəzerti yazıb. 

Bildirilib ki, İtaliya klubu transfer dəyəri 18 milyon avro olan Zaniolaya görə "Qalatasaray"a amerikalı yarımmüdafiəşi Makkennini təklif edib: "Lakin "Qalatasaray" onu deyil, Moise Kini istəyib. Yuventus isə buna razılaşmayıb və yenidən 24 yaşlı amerikalı yarımmüdafiəçi Makkennini və üstündə də bir miqdarda pul təklifi verib. Böyük ehtimalla "Qalatasaray" buna razılaşacaq".

İtaliya mətbuatı yazır ki, "Fiorentina" da millinin oyunçusu Zaniola üçün hərəkətə keçib: "Ancaq 23 yaşlı futbolçunun fikri “Yuventus”dadır...".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR