Millimizin futbolçusu karyerasını Almaniyada davam etdirəcək

img

23-06-2023 [11:19]


Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun yeni komandası müəyyənləşib.

Mia.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

III Bundesliqa klubu “Ertsgebirge”dən ayrılan Nazarov Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la müqavilə imzalayıb. Adıçəkilən komandanın idman direktoru Kristian Hok da məlumatı artıq təsdiqləyib.

Qeyd edək ki, Dmitri Nazarov 2014-2022-ci illər aralığında Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qola imza atıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR