Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

img

23-06-2023 [10:35]


Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxacaq.

Məlumata görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada fransalı Maksim Qobertə qalib gəlib.

Onun növbəti rəqibi Birləşmiş Ərəb Əmirliklərindən Narmandax Bayanmunx olacaq.

Eyni çəkidəki Kəramət Hüseynov, qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyeva (52 kq) medal şanslarını əvvəlki raundlarda itiriblər.

Qeyd edək ki, Böyük Dəbilqə iyunun 25-də başa çatacaq(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR