"Real Madrid" türk oyunçuya təklif göndərib

img

23-06-2023 [00:43]


"Fənərbağça"nın 18 yaşlı futbolçusu Arda Gülərə dünya nəhəngi "elşi düşüb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk ulduza "Milan"dan sonra "Real Madrid" də təklif göndərib.

“Marca”da yer alan xəbərə görə, Ardanın müqaviləsində 18 milyon avroluq sərbəst qalma maddəsi "Real"ı xeyli həvəsləndirib: ""Real" müqavilədəki bu maddədən yararalanaq Ardanı elə bu qiymətə transfer edəcəyini düşünür..."

Xatırladaq ki, ötən mövsüm 35 matçda forma geyinən Arda Gülər 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR