CHP-də 8.5 saat çəkən qapalı toplantı: 24 təşkilat sədri istefa verib?

img

22-06-2023 [09:39]


CHP sədri Kamal Kılıçdaroğlunun partiya qərargahında 81 şəhər təşkilatının sədrləriylə qapalı toplantı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 8.5 saat çəkən toplantıda gərginlik yaranıb, 24 təşkilat sədri isə Kılıçdaroğlunu istefaya səsləyib, lakin yetərli reaksiya ala bilmədikləri üçün özləri istefa veriblər.

Məlumata görə, iclasda əsasən qarşıdakı qurultay, seçki prosesi və partiyanın təşkilatlanmasının daha da genişlənməsi müzakirəe dilib.

Toplantıdan sonra Tvit atan CHP İstanbul şəhər təşkilatının sədri Canan Kaftancıoğlu bildirib ki, bu gün (dünən - mia.az) partiya lideri ilə səmərəli, əhatəli və kifayət qədər uzun bir toplantı keçiriblər: "Şəhərlərimizlə bağlı hazırladığımız hesabatları dəyərləndirdik. Mətbuata bildirişi bu gün yayacağəq".

Tahir Şəlvəli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA