Edin Dzeko İstanbul komandası ilə anlaşdı - İllik 4.5 milyon avro maaş və...

img

22-06-2023 [00:26]


İtaliyanın "İnter" komandası ilə müqaviləsi başa çatan məşhur bosniyalı hücumçu "Fənərbağça"ya transfer edilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 37 yaşlı bosniyalı hücumçşu Edin Dzeko bu gün İstanbula gəlir.

Məlumata görə, o, ailəsi ilə istirahətdən sonra "Fərənərbağça" ilə anlaşmanbı imzlayacaq.

Ulduz futbolçunun meneceri Alessandro Luççi ilə “Fənərbağça” rəhbərliyi arasında keçirilən görüşdə tərəflər arasında razılıq əldə olunub.

Bildirilir ki, "Fənərbağça" 37 yaşlı Dzekoya "İnter"də qazandığı 4,5 milyon avro ilik maaşla yanaşı, 2 milyon avro təminat pulu ödəöyəcək.

Xatırladaq ki, ötən mövsüm "İnter"də 51 oyun keçirən Edin Dzeko 14 qol vurub, 4 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR