Parisdə partlayış: yaralılar var

img

21-06-2023 [20:18]


Fransanın paytaxtı Parisdə təbii qaz partlayışı baş verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, partlayışdan sonra bəzi binalara ciddi ziyan dəyib. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib. 

İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Parisin 5-ci rayonu merinin müavini Eduard Sivel Twitter hesabında bildirib ki, Val de Qreys məhəlləsində qaz sızması səbəbindən partlayış baş verib.

Bir çox mənzildə yanğın olduğunu bildirən Civel, yanğınsöndürənlərin müdaxilə edə bilməsi üçün bölgə xalqını hadisə yerindən uzaq durmağa çağırıb.

Fransanın daxili işlər naziri Gerald Darmanin də Tvitter hesabında yanğının bölgədəki Saint-Jacques küçəsində davam etdiyini və yanğınsöndürənlərin hadisə yerinə göndərildiyini açıqlayıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA