Əkrəm İmamoğlunun işçisinə 7.6 həbs cəzası verildi

img

21-06-2023 [09:37]


Əkrəm İmamoğlunun sədri olduğu İstanbul Böyükşəhər Bələdiyyəsində sosial işçi kimi çalışan Şafak Duran terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda terror təşkilatı üzvü olduğu iddiası ilə həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin əməkdaşı Şafak Duran ötən gün məhkəmədə ifadə verib.

İstanbul 32-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Şafak Duran deyib ki, heç vaxt silahı və ya qanunsuz hərəkəti olmayıb: "Barədəmdə ortaya atılan silahl fotonun da gerçəyinə, orjinalına tələb eləsəm də gətirən olmayıb. Burada şahidlikk edənlər də mni ilk dəfə gördüklərini deyir. Həyatım boyu heç vaxt bu cür həyat rtərzim olmayıb. İşlədiyim İBB-də haqqımda linç kampaniyaları gedirdi. Belə bir prosesin qurbanı seçildiyimi hələ də bilmirəm, siyasəti də sevmirəm. Həyatım boyu çox çalışıb yaxşı vzəifələrdə işləməyi hədəfləmişəm. Heç vaxt silah və ya terror təşkilatlaırna üzv olmaq ağlımdan keçməyib. Ədalətə inanır və bəraətimi tələb edirəm"

Lakin iclasın sonunda məhkəmə heyəti onu “silahlı terror təşkilatına üzv olmaq” maddıəsi ilə təqsirli bilərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq