"Sumqayıt" Murad Xaçayevlə müqavilənin müddətini uzadıb

img

20-06-2023 [17:55]


"Sumqayıt" klubu futbolçusu Murad Xaçayevlə müqavilənin müddətini uzadıb.

Klubdan Mia.az-a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun yetirməsi olan Murad Xaçayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. O, bu müddət ərzində 84 qarşılaşmada meydana çıxıb və 6 qola imza atıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR