Cenk Tosun: “Məni keçsə, o, keçər”

img

21-06-2023 [00:04]


"Beşiktaş"ın hücumçusu  Cenk Tosla yarımmüdafiəçi Necip Uysal TV100 telekanalının efirində futbolla bağlı maraqlı açıqlamalar veriblər.

Mia.az xəbər verir ki, "Fənərbağça"lı 18 yaşlı Arda Gülərdən söz açan Cenk Tosunun sözlərinə görə, Arda mütləq Çempionlar Liqası və ya UEFA Kubokunda yaxşı oynamalıdır: "Sizə deyə biləərm ki, daxildə nə qədər yaxşı oynasan da, Avropa klublarının diqqətini çəkmirsən. Məsələn, özüm belə oldum. Ancaq Çempionlar Liqasından qrup birincisi olduq və bundan sonra İngiltərəyə qapı açıldı...".

Arda Güləri tərifləyən Cenk bildirib ki, türlk oyunçuları arasında komandasına indiyədək ən çox pul qazandıran o, olub: "Bonuslarla birgə klubum üçün 27 milyon avro qazandırdım. Düşünürəm ki, bu, Türkiyə tarixinin ən yüksək göstəricisidir. Məni keçsə, Arda Gülər ​keçəcək. Onu heyranlıqla izləyirik...".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR