Xanlarova valideynlərindən danışdı

img

21-05-2014 [12:02]


Əməkdar artist Mehriban Xanlarova "Xəzər” telekanalında yayımlanan "5/5” verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, aktrisa valideynləri ilə bağlı maraqlı etiraf edib. O, atası və anasının lal olduğunu bildirib:

"Bunu deməkdən utanmıram. Qüsurlu insanlardan utanmamışam. Anam və atam nitq qüsurlu olub. Evdə iki qız, iki oğlan olmuşuq. Onların varlığı ilə də qürur duyuram. Üç yaşım olana qədər səs eşitməmişəm. Lal dilində, hərəkətlərlə başa düşmüşəm. Üç yaşım olanda mənə kimsə desəydi, get, stəkanı gətir, başa düşməyəcəkdim. Onun üçün mənə lal hərəkətləri etməliydi. Atam dünyasını dəyişib, anam sağdır”. 




Digər xəbərlər
SON XƏBƏRLƏR