Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-06-2023 [00:05]
Qoç - gün çətin və qarışıq olsa da, ümidsiz dərəcədə pis deyil. Təmkinli davranıb neqativ emosiyaların təsiri altına düşməsəniz, uğur əldə etmək və planları reallaşdırmaq imkanları var. Ağıllı və təcrübəli hesab etdiyiniz insalarla ünsiyyət üçün əlverişli zamandır. Müdrik insanın məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında işgüzar intuisiyanız iti olsun. Pul qazanmaq, sərfəli anlaşma və ya sövdələşməyə nail olmaq, uğurlu alış-veriş etmək şanslarını əldən verməyin. Romantik münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Bunun üçün təşəbbüskar olmalısınız.
Buğa - uğurlu gündür. Yaşam potensialı yüksəkdir. Enerjili və qüvvəli olduğunuzu hiss edirsiniz. Yeni işlərə başlamaq olar. Çətin və qarışıq problemin öhdəsindən nisbətən asan gələcəksiniz. Xoşagəlməz situasiyalar yarananda etibar etdiyiniz insanla məsləhətləşin. Günün ikinci yarısı alış-veriş üçün məsləhətlidir. Yeni layihə ilə bağlı eksperimentə başlamaq olar. Aldığınız borcu qaytarmağı unutmayın. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - ehtiyatlı və sayıq olun. Sadə, rəvan gün deyil. Kobud səhvə yol verməyin, çünki belə yanlışlığın fəsadlarının aradan qaldırılması çox vaxt aparacaq. Yaxın ətrafınızdakı insanlarla davranışın modelini müəyyənləşdirin. Yeni münasibətlərə başlamaq və tanışlıqlar üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında maliyyə işlərinizi qaydaya salın, imkanlarınızı dürüst dəyərləndirin. Alış-verişdə mənasız xərclərə yol verməyin. Yanınızdakı insanlar sizə təzyiq edir, öz mövqelərini absolyut həqiqət sayır, sizdən bu və digər addımların atılmasını istəyirlər. Təmkinli olun, bildiyinizi edin.
Xərçəng - məhsuldar çalışın, vaxtınızı mənasız işlərə sərf etməyin. Mühüm məsələlərin çözümünü ertələməyin, təxirə salmayın. Nəzərdə tutduğunuzdan da çox iş görməyə, həllini tələb edən problemi çözməyə çalışın.
Günün ikinci yarısında sizi narahat edən məsələləri yaxınlarınızla, inandığınız insanlarla müzakirə edin. Ehtiyac duyduğunuz yardım və köməyi ala bilərsiniz.
Enerjili oturun, süst davranmayın. Diqqətə layiq olan işi qulaqardına vurmayın. Əsas məqsədlərdən yayınaraq xırda işlərə vaxt sərf etməyin. Uzaq səfərə yollanmağa dəyməz. Adi, öyrəşdiyiniz şəraitdə özünüzü daha rahat hiss edəcəksiniz.
Şir - gün uğurlu olmasa da, bir sıra məqamlar baxımından əlverişlidir. Son vaxtlar sizi narahat edən problemi həll etmək imkanları var. Suallara cavab ala bilərsiniz. Adət etdiyiniz kimi davranmayın, müşküllərin çözümü üçün yeni yollar arayın.
Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərisniz. Alış-veriş etmək, çoxdan can atdığınız əşyanı almaq olar. Romantik görüşlər üçün əlverişli zamandır. Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin.
Qız - gün yaxşı başlamayacaq. Kiçik çətinliklər, xoşagəlməz situasiyalar, yaxınlarla fikir ayrılıqları sizi təbdən çıxara bilər. Ruhdan düşməyin. Hər şey yoluna düşəcək. Sadəcə, dürüst davranış modeli seçin, yaşanan vəziyyəti təhlil edin. Analitik qabiliyyətinizi işə salın.
Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Sevdiyiniz insanın xətrinə dəyməyin. Sizə xüsusilə dəyərli olan insanı xoş sürprizlə sevindirin. Axşam saatlarını yaxşı məclisdə, xoş hisslərlə keçirin.
Tərəzi - uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü və universaldır. Başladığınız işlərdə irəliləyişlərə nail olmaq şanslarınız var. Yaşamınızın bir sıra sahələrində müsbət dəyişikliklərin ərəfəsidir. Hadisələrin təbii axarına müqavimət göstərməyə çalışmayın. Taleyə boyun əyin, axınla üzün. İşlər pis olmayacaq.
Günün ikinci yarısında ev işləri darıxdırıcı və usandırıcı təsir bağışlayacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Qəfil vizitlər xoş emosiyalar yaradacaq. Son vaxtlar maraqlandığınız insan ünsiyyətdə təşəbbüsü ələ alaraq irəliyə doğru ilk addımı atacaq.
Əqrəb - maraqlı gündür. Son vaxtlar darıxdığınız insanlardan xoş xəbərlər alacaqsınız. Qəfil işgüzar təkliflə qarşılaşa bilərsiniz. Yaxşı gəlir əldə etmək şansı var.
Peşəkar fəaliyyətlə bağlı məsələlərin qeyri-formal şəraitdə müzakirəsi üçün pis vaxt deyil. İşgüzar tərəfdaşlar, həmkarlar və ya rəhbərliklə bəzi məsələləri müzakirə etmək olar.
Günün ikinci yarısı yeni tanışlıqlar və romantik təmaslar üçün əlverişlidir. İntuisiyanız kəskin olsun. Diqqətə layiq adamlara yararsız, mənasız şəxsləri ayırd etməyə çalışın.
Oxatan - ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək imkanlarınız var. Üstün cəhətləriniz, bilik və bacarıqlarınız diqqətsiz qalmayacaq. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.
Günün ikinci yarısında rəqibləri və bədxahları üstələmək üçün fəal olun. Süst, tənbəl davransanız, yaxşı şansları əldən verəcəksiniz. Axşam saatlarında gəlir, hədiyyə, xoş sürprizlər istisna deyil. Qəfil problem vaxtınızı alacaq, sizi nigaran qoyacaq. Plandaşlırılmamış səfər və səyahət problem yaratsa da, pis sonuclanmayacaq.
Oğlaq - səhər saatları pis başlanmayacaq. Yeni işlər, müxtəlif eksperimentlər, maraqlı ideyaların axtarışı üçün pis zaman deyil. Tərəfdaşlıq etmək istədiyiniz insanlarla görüş üçün münasib vaxtdır.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Problemlər, o cümlədən maliyyə çətinlikləri yaranacaq. Adi günlərdən fərqli olaraq yaxın adamlarla daha çox mübahisə etməyin. Təmasları qorumağa çalışın. Sərt tənqid və aqressiv davranışa qapılmayın.
Dolça - müəyyən çətinliklərə rəğmən uğurlu gündür. Çalışın, tənbəllik etməyin. Yaxın ətrafınızdakı insanlarla normal münasibətləri qorumaq üçün səylər göstərin. Fikir ayrılıqları və ixtilaflar yaranarsa, onları konstruktiv dialoqla çözmək olar. Günün ikinci yarısında müsbət təmayüllərin şəxsi münasibətlərə təsiri artacaq. Maraqlı tanışlıqlar istisna deyil. Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - işlər çoxdur. Vurnuxma və tələskənliyə yol verməyin. Bütün işləri görməyin mümkünsüz olduğunu düşünüb ruhdan düşməyin. Özünüzə inamınız itməsin. Təkbaşına görə bilmədiyiniz işi başa vurmaq üçün yardımçı aramaq olar.
Günün ikinci yarısında dostlar və ya həmfikirlər sizə yardım edəcəklər. Yeni maraqlı ideyalar yaranacaq. Onlardan birinin reallaşdırılması yaxşı pul qazanmağa imkan verəcək. Ünvanınıza səslənən tənqidi sakit, soyuqqanlı qarşılayın. Zarafatlardan inciyərək yaxınlarınızla münasibətləri sərinləşdirməyin.
Milli.Az
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu