Xaçmaz şəhərində qadın meyiti tapılıb

img

19-06-2023 [11:56]


Xaçmaz şəhərində qadın meyiti tapılıb.

Məlumata görə, hadisə şəhərin N.Nərimanov prospekti 68 ünvanında qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlarında olan Səmayə adlı qadının özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib(Report).

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR