Şuşa məktəbində Novruz bayramı qeyd olunub

img

19-03-2026 [14:22]


Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim və şagirdləri, şəhər sakinləri, valideynlər iştirak ediblər.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Bayram tədbiri şagirdlərin ifasında davam edib.

Novruzun əsas personajları olan Kosa və Keçəl toplaşanları şənləndirib, sakinlərlə birgə rəqs ediblər, eyni zamanda müxtəlif səhnəciklər təqdim olunub.

Xatırladaq ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA