Ərdoğan İstanbulu İmamoğlundan geri almaqda qərarlıdır: "Boş dayanmayacağıq"

img

16-06-2023 [17:19]


İstanbulun Üsküdar bölgəsindəki Vaniköy Məscidinin bərpasından sonra açılış mərasiminə qatılan prezident Ərdoğan gələn il keçiriləcək bələdiyyə seçkisi ilə bağlı açıqlamalar verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan bir daha İstanbul şəhər bələdiyyəsinin başqanı postunu geri alacaqlaırnı deyib: "2024-cü ildə keçiriləcək yerli seçkilərdə İstanbulu geri almalıyıq. istanbulu düşdüyü bataqlıqdan birlikdə çalışaraq çıxaracağıq. Qarşıda 9 ayımız var, bu aylarda boş dayanmayacağıq".

Xatırladaq ki, Ərdoğanın 2024-də keçiriləck bələdiyyə seçkilərində İstanbuldan Murat Kurum, Süleyman Soylu, Tevfik Göksu və Şadi Yazıcıdan birinin namizədliyini önə sürəcəyi barədə xəbərlər var.

Qeyd edək ki, İstanbul bələdiyyəsinin sədri hazrda CHP-li Əkrəm İmamoğludur.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA