İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi qəbul olunub

img

16-06-2023 [12:09]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

İşsizlikdən sığorta fondunun (İSF) dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub.

Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən sığorta fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək.

İSF-nin büdcə xərclərinin haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi Dövlət Məşğulluq Agentliyinin strukturunun saxlanma xərcləri istiqamətində artımların olması nəzərdə tutulur.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR