Laçınlılar dədə-baba yurduna köçür - FOTOLAR
14-06-2023 [08:56]
Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin növbəti qrupunun öz dədə-baba yurduna köçürülməsinə başlanılıb.
Mia.az xəbər verir ki, rayona 22 ailə, ümumilikdə 72 nəfər yola salınıb.
Laçınlı İradə Hüseynova 30 ildir ki, məcburi köçkün həyatı yaşadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, köçkünlük həyatını böyük kədər hissi ilə xatırlayır:
"Laçına qayıtmağıma görə həm sevinirəm, həm də kədərlənirəm. Biz neçə ildir bu günü gözləyirdik. Çox heyif ki, oraya əzizlərimlə məlum səbəblərə görə qayıda bilmirəm. Bu günləri bizə yaşadan Ali Baş Komandana minnətdarlığımı bildirirəm, şəhid və qazilərimizin qarşısında baş əyirəm. Deyiləsi sözlər çoxdur. İlk ziyarət edəcəyim yer atamın məzarı olacaq. Laçınla bağlı xatirələrim zəngindir".
Laçın rayon sakini Ramiz Həsənov da bu günün sevincini yaşayanlardandır. Onun sözlərinə görə, uzun müddətdir ki, ölkə xaricində yaşamasına baxmayaraq, Laçına qayıdacağı günün səbirsizliklə gözləyib:
"1993-cü ildən Laçın şəhərindən çıxmışıq. Yadda qalan xatirələr çoxdur. Hər dəfə yuxularımda məktəb illərim, dağlarda kəklikotu yığmağım, meşələrdən fındıq toplamağım, bulaqlardan su içməyimi xatırlayırdım. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Ölkə Prezidenti İlham Əliyevə sonsuz təşəkkürümüzü bildiririk. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə şəfa arzulayıram. İlk ziyarətim edəcəyim yer evim, eyni zamanda Həkəri çayı olacaq".
82 yaşlı Adilə Əlişova isə bildirib ki, rayondan çıxanda 52 yaşı var imiş:
"30 ildən sonra Laçın həsrəti sona çatdı. Şəhidlərimizə, qazilərimizə çox sağ ol deyirəm ki, mənim bu yaşımda vətən həsrətinə son qoydular. Laçında müxtəlif idarələrdə işləmişəm. Ordan çıxanda ailə üzvlərimdən ikisini itirmişəm. Rayona oğlum, gəlinim və nəvəmlə gedirəm. Torpağıma ilk ayaq basanda hansı hisslər keçirəcəyim özümə də maraqlıdır"(Report).
MIA.AZ
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
"Qalatasaray" klubu Noa Lanqın əməliyyat olacağını açıqladı
Bayram günlərinin hava proqnozu açıqlanıb
ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır
Buzovnada məhkuma məxsus avtomat aşkarlanıb
Gürcüstanın Katolikos-Patriarxının dəfnində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək
Abdülkerim Bardakcı: "Çempionlar liqasında ölkəmizi qürurla təmsil edərək irəlilədik"
Okan Buruk: "Rəqibimiz bizdən üstün idi"
Bakıda Novruz şənliyi keçirilib
Küveytdə Yaxın Şərqin ən böyük neft emalı zavodunda PUA zərbəsindən sonra yanğın baş verib
Lionel Messi 900-cü qolunu vurub
Viktor Osimhen əməliyyat olacaq - Qolu sınıb
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər